azərbaycan Respublikasının milli valyutası

a) tədavüldə olan, eləcə də tədavüldən çıxarılan, lakin tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən Azərbaycan Respublikası Milli Bankının buraxdığı kağız və metal pul nişanları;

azərbaycan Respublikasının kurort fondu
AZİPS
OBASTAN VİKİ
Azərbaycan valyutası
Azərbaycan manatı (işarəsi: ₼) — Azərbaycan Respublikasının pul vahidi. == Tarixi == === İlk buraxılış === Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankın yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyuldu. Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılmış, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşmışdır. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılmışdır. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir. 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxıldı. Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" 58 saylı Fərmanı ilə manatın dövriyyədə yeqanə ödəniş vasitəsi olması tətbiq olundu. === Yeni nəsil pul nişanları === Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi yasaqdır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur.
Azərbaycan Respublikasının Milli Atlası
"Azərbaycan Respublikasının Milli Atlası" — Azərbaycan Respublikasına aid xəritələr toplusu. == Tarixi == "Azərbaycan Respublikasının Milli Atlası"nın nəşri Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli, 1436 nömrəli Sərəncamı ilə qərara alınmışdır. == Redaksiya heyəti == === İlk tərkib === "Azərbaycan Respublikasının Milli Atlası"nın redaksiya heyəti Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2011-ci il tarixli, 1436 nömrəli Sərəncamı ilə aşağıdakı tərkibdə təsdiq edilmişdir: Redaksiya heyətinin sədri Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziriRedaksiya heyəti sədrinin müavini Mahmud Kərimov – AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentiMəsul katib Qərib Məmmədov – AMEA-nın həqiqi üzvü, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədriRedaksiya heyətinin üzvləri Elmar Məmmədyarov – Xarici işlər naziri Şahin Mustafayev – İqtisadi inkişaf naziri Natiq Əliyev – Sənaye və energetika naziri Ziya Məmmədov – Nəqliyyat naziri İsmət Abasov – Kənd təsərrüfatı naziri Hüseynqulu Bağırov – Ekologiya və təbii sərvətlər naziri Əbülfəs Qarayev – Mədəniyyət və turizm naziri Misir Mərdanov – Təhsil naziri Oqtay Şirəliyev – Səhiyyə naziri Əli Abbasov – Rabitə və informasiya texnologiyaları naziri Azad Rəhimov – İdman və gənclər naziri Arif Vəliyev – Dövlət Statistika Komitəsinin sədri Akif Əlizadə – AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Geologiya İnstitutunun direktoru Xoşbəxt Yusifzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Ağamusa Axundov – AMEA-nın həqiqi üzvü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Dilçilik İnstitutunun direktoru Əhliman Əmiraslanov – AMEA-nın həqiqi üzvü, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik-katibi, Azərbaycan Tibb Universitetinin rektoru Budaq Budaqov – AMEA-nın həqiqi üzvü, AMEA-nın Coğrafiya İnstitutunun direktoru Abel Məhərrəmov – AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru Ziyad Səmədzadə – AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri Yaqub Mahmudov – AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri Məhərrəm Babayev – AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru === Yeni tərkib === Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2013-cü il tarixli, 147 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasının Milli Atlası"nın redaksiya heyəti ləğv edilmiş və aşağıdakı yeni tərkibi təsdiq edilmişdir: Redaksiya heyətinin sədri Artur Rasi-zadə - Azərbaycan Respublikasının Baş naziri.Redaksiya heyəti sədrinin müavini Akif Əli Zadə - AMEA-nın həqiqi üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti.Məsul katib Qərib Məmmədov - AMEA-nın həqiqi üzvü, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.Redaksiya heyətinin üzvləri Elmar Məmmədyarov - xarici işlər naziri Şahin Mustafayev - iqtisadiyyat və sənaye naziri Natiq Əliyev - energetika naziri Ziya Məmmədov - nəqliyyat naziri Heydər Əsədov - kənd təsərrüfatı naziri Hüseynqulu Bağırov - ekologiya və təbii sərvətlər naziri Əbülfəs Qarayev - mədəniyyət və turizm naziri Mikayıl Cabbarov - təhsil naziri Oqtay Şirəliyev - səhiyyə naziri Əli Abbasov - rabitə və informasiya texnologiyaları naziri Azad Rəhimov - gənclər və idman naziri Arif Vəliyev - Dövlət Statistika Komitəsinin sədri Xoşbəxt Yusifzadə - AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Kamal Abdullayev - AMEA-nın müxbir üzvü, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik katibi, Bakı Slavyan Universitetinin rektoru Əhliman Əmiraslanov - AMEA-nın həqiqi üzvü, AMEA-nın Biologiya Elmləri Bölməsinin akademik katibi, Azərbaycan Tibb Universitetinin rektoru Abel Məhərrəmov - AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru Ziyad Səmədzadə - AMEA-nın həqiqi üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri Yaqub Mahmudov - AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun direktoru, Bakı Dövlət Universitetinin kafedra müdiri Məhərrəm Babayev - AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru.Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2017-ci il tarixli, 1574 nömrəli Fərmanı ilə Ziya Məmmədov redaksiya heyətindən çıxarılmış, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə əlavə edilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir. == Parlament tarixi == === 1918–1920-ci illərdə === İlk dəfə 1918-ci il iyulun 21-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi haqqında Əsasnamə təsdiqləndi. Qanuna əsasən, məclisin tərkibinə 120 nəfər daxil olmalı idi. Həmçinin, parlament seçkilərində 20 yaşı tamam olmuş hər iki cinsin nümayəndələri iştirak edə bilərdi. İstisna olaraq inzibati vəzifələr tutan şəxslər Milli Məclisə seçilə bilməzdilər, yalnız səs verə bilərdilər.
Beliz valyutası
Beliz dolları — Belizin pul vahidi. Bir dollar 100 sentə bərabərdir.
Azərbaycan Demokratik Respublikasının milli ordusu
Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusu — 1918-ci ildə, Şimali Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı milli ordu Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələrinin təşkilinə Cümhuriyyətin elan edildiyi gündən başlanmışdı. 1918-ci ildən başlayaraq Ermənistan yaranmış gərgin vəziyyətdən istifadə edərək və bolşeviklərin dəstəyi ilə zorla Azərbaycanın Zəngəzur, Dağlıq Qarabağ və Naxçıvan bölgələrini işğal etmək məqsədi ilə onun sərhədlərini pozur və sərhədyanı rayonlarda hərbi toqquşmalar yaradırdı. Belə bir şəraitdə ölkənin ərazi birliyini, müstəqilliyini müdafiə etmək üçün güclü ordu yaratmaq dövlətin birinci dərəcəli vəzifəsi idi.1914-cü ilin yayında Birinci Dünya müharibəsi başladı və dörd il davam etdi və bu da cox pis bir hadisəyə çevrilmişdir. == Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu == Hələ Türkiyə hərbi qüvvələri Azərbaycanda olarkən başlamış ordu quruculuğunu yenidən canlandırmaq və onu daha səmərəli aparmaq üçün 1918-ci il oktyabrın 23-də respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı. Nazirlər Şurası tərəfindən belə bir qərar 1918-ci il noyabrın 1-də imzalandı. Yeni şəraitdə Azərbaycanın ərazi bütövlüyünün qorunması tamamilə Hərbi Nazirliyin üzərinə düşməli idi. Bu struktur hökumətin qarşısında dayanan tarixi vəzifələrin həllində çox mühüm rol oynadığından ona rəhbərliyi ilk vaxtlar Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski öz üzərinə götürdü. Tam artilleriya generalı Səməd bəy Mehmandarov nazir müavini təyin edildi və nazirliyin formalaşdırılması ona tapşırıldı.Cəmiyyət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğunun da özünəməxsus obyektiv qanunauyğunluqları vardır və bu qanunauyğunluqlara riayət edilməməsi ordunun formalaşdırılmasında ciddi çətinlik yarada bilər. Bütün dövrlərdə, bütün ordular üçün ümumi olan qanunauyğunluqlar, eyni zamanda, milli ənənələrdən, xalqın mənəvi potensialından, ölkənin iqtisadi, siyasi, demoqrafik imkanlarından, coğrafi vəziyyətindən və s. irəli gələn xüsusiyyətləri də əhatə edir.
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi - Azərbaycan Respublikasında depozitar və reyestr saxlayıcı kimi fəaliyyət göstərən dövlət təşkilatı. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 14 iyul 2015-ci il tarixli Fərmanı ilə “Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanunu” qüvvəyə minmişdir . Yeni qanuna əsasən qurum Azərbaycan Respublikasının Mərkəzi Depiztarı olacaq.
Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondu
Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondu — Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 iyul tarixli 50 nömrəli fərmanına əsasən qymətli metalların, daş-qaşların və onlardan hazirlanmış məmulatın və digər əşyaların qəbulu, saxlanılması və uçotu üçün yaradılmışdır. Azərbaycan Prezidentinin 1992-ci il 21 iyul tarixli sərəncamı ilə İskəndərov İsfəndiyar İskəndər oğlu Milli Ləl-Cəvahirat Fondu direktoru təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 2 sentyabr tarixli 159 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Ləl-Cavahirat Fondu haqqıda Əsasnamədə" də Fondun respublika büdcəsi hesabına fəaliyyət göstərməsi, respublika Prezidentinə tabe olması və hesabat verməsi, habelə öz vəsaitinin qorunmasının təmin edilməsi, qiymətli metalların, daş-qaşların və tərkibində bunlar olan məhsulların hasilatına, istehsalına və istifadə olunmasına, uçotuna və saxlanılmasına nəzarət etmə, qiymətli daşların çeşidlənməsi, qiymətləndirilməsi, emal edilməsi, daş-qaşı və qiymətli metalların ekspertizadan keçirilməsi, qiymət qoyulması, o cümlədən əyyarlama və damğalama kimi vəzifələrin həyata keçirilməsi barədə müddəalarla yanaşı Fondun təsərrüfat müqavilələri əsasında xidmətlər göstərməsi kimi müddəa da nəzərdə tutulmuşdur. Milli Ləl-Cəvahirat Fondu Azərbaycan Respublikası Prezidentinin 20 avqust 1998-ci il 759 nömrəli fərmanı ilə ləğv edilib.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər (1995)
1995-ci il Azərbaycan parlament seçkilər — Azərbaycan Respublikasının Milli Məclisi 1-ci çağırış seçkiləri. == Zəmin == Seçkilərdən öncə proporsional seçki üzrə vahid deputat siyahılarında adı olan bir sıra Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü müxtəlif cinayət işləri üzrə həbs olunmuşdur. İqtidar cinahı bu həbslərin hüquqi səbəbdən olduğunu iddia etsə də, Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası rəhbərliyi bu həbslərin siyasi motivlər əsasında olduğunu iddia etmişdir. 19 sentyabr 1995-ci il tarixində sabiq xarici işlər naziri, istiqlalçı deputat, fizik, Müsavat Partiyasının proporsional seçki üzrə deputatlığa vahid namizədlər siyahısında 2-ci sırada olan Tofiq Qasımov həbs olunmuşdur. O, vətənə xəyanətdə və 1995-ci mart hadisələrində dövlət əleyhinə fəaliyyətdə günahlandırılırdı. Həmçinin sabiq millət vəkili, Azərbaycan Xalq Cəbhəsi Partiyasının deputatlığa vahid namizədlər siyahısında 4-cü yerdə olan Fərəc Quliyev və hərbçi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının deputatlığa vahid namizədlər siyahısında 6-cı yerdə olan Arif Paşayev də həbsdə idilər. Fərəc Quliyev dövrün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevi qeyri-qanuni yolla hakimiyyətdən uzaqlaşdırma, Arif Paşayev isə xüsusi xidmət orqanı həbsxanasından qaçma üzrə həbs olunmuşdur. Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası xaricində siyasi fəallardan rəsmi dövlət qeydiyyatında olmayan Azərbaycan İşçi Partiyası sədri Sabutay Hacıyev vətənə xəyanətdə və dövlət əleyhinə silahlı qiyamda günahlandırılaraq həbs edilmişdi. Onun rəhbərlik etdiyi partiya cəmiyyətdə sabiq prezident Ayaz Mütəllibov ilə əlaqələndirilirdi. == Haqqında == 1995-il noyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkiləri keçirilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər (2000)
2000-ci il Azərbaycan parlament seçkiləri — Milli Məclisə II çağırış seçkiləri. == Zəmin == II çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2000-ci il noyabrın 5-nə təyin olunmuşdu. İyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə ölkədə əsas siyasi qüvvələri təmsil edən 17 nəfərdən ibarət Mərkəzi Seçki Komissiyası təşkil olundu. Tərkibinin 1/3 prinsipi ilə formalaşdırılması nəzərdə tutulan Komissiyanın 6 üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı (Yeni Azərbaycan Partiyasını), 6 üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları, qalan 5 nəfəri isə heç bir siyasi partiyaya mənsub olmayan və onların namizədliklərini təqdim edən deputatları təmsil edirdi. "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" Qanunun 12-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq seçkilərə 110 gün qalmış, yəni 2000-ci il iyulun 18-dən gec olmayaraq birmandatlı seçki dairələrinin yaradılması sxemi və qrafik təsviri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunmalı idi, lakin seçkilərə hazırlığın başlanğıc mərhələsində yaranmış müəmmalı vəziyyət MSK-nın yeni tərkibdə fəaliyyətə başlamasına imkan vermirdi. Mərkəzi Seçki Komissiyasının Azərbaycan Milli İstiqlal və Azərbaycan Xalq Cəbhəsi partiyalarını təmsil edən 6 üzvü dönə-dönə edilən xəbərdarlığa rəğmən, iclasa gəlmir və yetərsay olmadığına görə Komissiya öz səlahiyyətlərini icra edə bilmirdi. İyulun 19-da Mərkəzi Seçki Komissiyasının təkrarən iclası çağırılmış və təyin edilmiş bütün üzvlərin hər biri bu barədə məlumatlandırılmışdı. Komissiyanın yuxarıda göstərilən 6 üzvü bu dəfə də iclasa gəlməmiş və MSK-nın formalaşması baş tutmamışdı. Yaranmış gərgin vəziyyətdən çıxmaq üçün Komissiyanın qalan üzvləri ölkə Prezidentinə xahişlə müraciət etdilər. Azərbaycan Respublikası Milli Məclisinin sədrinə və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbərinə də belə müraciətlər olundu.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər (2005)
2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər — Milli Məclisə 3-çağırış seçkilər 2005-ci il 6 noyabrda keçirilmişdir. == Tarixçə == Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq, 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar özünün qərarları ilə 2005-ci ildə: Demokratik Azərbaycan Dünyası Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Azərbaycan Respublikaçılar Partiyası tərəfindən 21 iyulda yaradılmış "İslahat" ; Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Demokrat Partiyası tərəfindən 21 iyulda yaradılmış "Azadlıq"; Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası və Azərbaycan Milli Hərəkat Partiyası tərəfindən 21 iyulda yaradılmış "Yeni Siyasət-yeS"; Vəhdət və Birlik partiyaları tərəfindən 24 iyulda yaradılmış "Azərbaycançı Qüvvələr"; Ədalət Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən 24 iyulda yaradılmış "Demokratik Azərbaycan"; Azərbaycan Xalq Demokratik Partiyası və Vahid Azərbaycan Partiyası tərəfindən 24 iyulda yaradılmış "Azərbaycan Naminə Seçki Bloku"; Qorqud Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası tərəfindən 27 iyulda yaradılmış "Azərbaycan Tərəqqi Alyansı"; Azərbaycan Mübarizlər Partiyası və Azərbaycan Milli Dövlətçilik Partiyası tərəfindən 15 avqustda yaradılmış "Birlik" siyasi partiyalar bloklarını qeydə aldı. == Seçkilər == Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq 2005-ci il sentyabrın 7-dən etibarən ölkədə seçkiqabağı təşviqat başlanmış və seçkilərə 24 saat qalmış, yəni noyabrın 5-i saat 8.00-a kimi davam etdirilmişdir. MSK-nın iclasında ödənişsiz efir vaxtının adları çəkilən seçki subyektləri arasında bölgüsü məqsədilə püşkatma keçirildi və seçkiqabağı təşviqat dövründə onlara ayrılan ödənişsiz efir vaxtı bölgüsünün nəticələrini əks etdirən cədvəllər təsdiq olundu. Seçki günündə – 2005-ci il noyabrın 6-da ölkənin 125 seçki dairəsində səsvermə keçirildi. Dairə seçki komissiyalarının qərarları ilə 37 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmışdı. Əvvəlkilərdən fərqli olaraq Azərbaycan Respublikası Milli Məclisinin deputatları yalnız majoritar seçki sistemi üzrə seçilirdi. İlk dəfə idi ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi üzrə yaradılmış 122 saylı Xankəndi seçki dairəsində də səsvermə təşkil olunmuşdu. 2005-ci il noyabrın 23-də Mərkəzi Seçki Komissiyası noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında MSK-nın protokolunu, eləcə də dairə seçki komissiyalarının protokollarını onlara əlavə edilən sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etdi. Məcəllənin tələblərinə cavab vermədiyindən 6 dairə seçki komissiyasının protokolları təsdiq edilmədi.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər (2010)
Azərbaycanda parlament seçkiləri (2010) — 7 noyabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Milli Məclisinin IV çağırışı üçün keçirilmiş parlament seçkilər. Seçkilərdə 33 siyasi partiya və 5 seçki bloku iştirak etmişdir. Seçkilər 125 tək mandatlı seçki dairə üzrə keçirilmişdir. Hər seçki dairəsi üzrə ən çox səs almış şəxs deputat seçilmişdir. Bu səbəbdən seçkiləri səs sayına görə 2-ci sırada bitirmiş Müsavat Partiyası (2.01%) mandat qazana bilməmişdir. Eyni zamanda Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının daxil olduğu Demokratiya Seçki Bloku 3,27% səs alaraq 4 mandat, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasından ibarət AXCP-Müsavat Seçki Bloku isə 3,14% səs alaraq 0 mandat qazanmışdır. == Seçkilər == Milli Məclisin 4-cü çağırışının seçkiləri 7 noyabr tarixində keçirildi. Seçkilərdən əvvəl Milli Məclisin 3-cü çağırışının 25 deputatı yeni seçkilərdə iştirak etməyəcəklərini bildirmişdilər. Seçkilər xarici nəzarətçilər tərəfindən nəzarət edilirdi. Seçkilərin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyası səsvermədə üstünlük qazanaraq 125 mandatdan 72-sini qazandı.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər (2015)
Azərbaycan Respublikasının Milli Məclisinə V çağırış seçkiləri — 1 noyabr 2015-ci ildə Azərbaycanın 125 Seçki dairəsi üzrə keçirilmiş parlament seçkiləridir. Seçkidə seçicilərin 55,7%-i (2,897,188 nəfər) iştirak edib. Seçkilərin nəticələrinə əsasən İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası əksər seçki dairələrində qalib gələrək seçkilərdə qələbə qazandı . == Sonuncu seçkilər == 2010-cu ildə Milli Məclisə keçirilmiş son seçkilərdə Yeni Azərbaycan Partiyası 72 dairədə daha çox səs toplayaraq qalib gəlmişdir. 41 dairədə bitərəf namizədlər, 12 seçki dairəsində isə digər partiya nümayəndələri qalib olmuşdur. 2013-cü il prezident seçkilərində İlham Əliyev qələbə qazanmışdır. == Seçki Öncəsi == Azərbaycan Xalq Partiyası, Azadlıq Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Aydınlar Partiyası, Azad Demokratlar Partiyası, Böyük Azərbaycan Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən Azadlıq-2015 Seçki Bloku təsis olundu. == Seçki günü == Saat 08:00-da başlayan seçkilər saat 19:00-da başa çatıb. Seçkilərdə 15 siyasi partiya və daha 7 partiyadan ibarət olan bir seçki bloku iştirak edib. Ümumilikdə 125 mandat üzrə 767 namizəd mübarizə aparıb.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər (2020)
Azərbaycanda Parlament seçkiləri (2020) — Fevralın 9-da baş tutan Milli Məclisə VI çağırış seçkiləridir. Bundan əlavə, müstəqillik tarixindəki ilk növbədənkənar parlament seçkiləridir. Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Respublkasının Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulur. == Seçki sistemi == Azərbaycan Respublikasının Milli Məclisinin 125 deputatı 5 il müddətinə təkmandatlı seçki dairələrindən sadə səs çoxluqlu majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilir. Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. 18 yaşına çatmamış və məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər bu hüquqdan məhrumdur. Həmçinin, hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər. == Hazırlıq işləri == 2019-cu il may ayının 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Baş Katibi Əli Əhmədov Azərbaycanda Parlament seçkilərinin təyin olunduğu ildə, yəni 2020-ci ildə baş tutacağını bildirdi. 2019-cu il noyabrın 28-i saat 11:00-da Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının təcili iclasının baş tutacağı açıqlandı. Azərbaycanın Baş naziri Əli Əsədovun da qatıldığı və bir saat davam edən iclasın nəticəsində, V çağırış Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciət edilməsinə dair qərar qəbul olunduğu açıqlandı.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri, 1995
1995-ci il Azərbaycan parlament seçkilər — Azərbaycan Respublikasının Milli Məclisi 1-ci çağırış seçkiləri. == Zəmin == Seçkilərdən öncə proporsional seçki üzrə vahid deputat siyahılarında adı olan bir sıra Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü müxtəlif cinayət işləri üzrə həbs olunmuşdur. İqtidar cinahı bu həbslərin hüquqi səbəbdən olduğunu iddia etsə də, Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası rəhbərliyi bu həbslərin siyasi motivlər əsasında olduğunu iddia etmişdir. 19 sentyabr 1995-ci il tarixində sabiq xarici işlər naziri, istiqlalçı deputat, fizik, Müsavat Partiyasının proporsional seçki üzrə deputatlığa vahid namizədlər siyahısında 2-ci sırada olan Tofiq Qasımov həbs olunmuşdur. O, vətənə xəyanətdə və 1995-ci mart hadisələrində dövlət əleyhinə fəaliyyətdə günahlandırılırdı. Həmçinin sabiq millət vəkili, Azərbaycan Xalq Cəbhəsi Partiyasının deputatlığa vahid namizədlər siyahısında 4-cü yerdə olan Fərəc Quliyev və hərbçi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının deputatlığa vahid namizədlər siyahısında 6-cı yerdə olan Arif Paşayev də həbsdə idilər. Fərəc Quliyev dövrün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevi qeyri-qanuni yolla hakimiyyətdən uzaqlaşdırma, Arif Paşayev isə xüsusi xidmət orqanı həbsxanasından qaçma üzrə həbs olunmuşdur. Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası xaricində siyasi fəallardan rəsmi dövlət qeydiyyatında olmayan Azərbaycan İşçi Partiyası sədri Sabutay Hacıyev vətənə xəyanətdə və dövlət əleyhinə silahlı qiyamda günahlandırılaraq həbs edilmişdi. Onun rəhbərlik etdiyi partiya cəmiyyətdə sabiq prezident Ayaz Mütəllibov ilə əlaqələndirilirdi. == Haqqında == 1995-il noyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkiləri keçirilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri, 2000
2000-ci il Azərbaycan parlament seçkiləri — Milli Məclisə II çağırış seçkiləri. == Zəmin == II çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2000-ci il noyabrın 5-nə təyin olunmuşdu. İyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə ölkədə əsas siyasi qüvvələri təmsil edən 17 nəfərdən ibarət Mərkəzi Seçki Komissiyası təşkil olundu. Tərkibinin 1/3 prinsipi ilə formalaşdırılması nəzərdə tutulan Komissiyanın 6 üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı (Yeni Azərbaycan Partiyasını), 6 üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları, qalan 5 nəfəri isə heç bir siyasi partiyaya mənsub olmayan və onların namizədliklərini təqdim edən deputatları təmsil edirdi. "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" Qanunun 12-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq seçkilərə 110 gün qalmış, yəni 2000-ci il iyulun 18-dən gec olmayaraq birmandatlı seçki dairələrinin yaradılması sxemi və qrafik təsviri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunmalı idi, lakin seçkilərə hazırlığın başlanğıc mərhələsində yaranmış müəmmalı vəziyyət MSK-nın yeni tərkibdə fəaliyyətə başlamasına imkan vermirdi. Mərkəzi Seçki Komissiyasının Azərbaycan Milli İstiqlal və Azərbaycan Xalq Cəbhəsi partiyalarını təmsil edən 6 üzvü dönə-dönə edilən xəbərdarlığa rəğmən, iclasa gəlmir və yetərsay olmadığına görə Komissiya öz səlahiyyətlərini icra edə bilmirdi. İyulun 19-da Mərkəzi Seçki Komissiyasının təkrarən iclası çağırılmış və təyin edilmiş bütün üzvlərin hər biri bu barədə məlumatlandırılmışdı. Komissiyanın yuxarıda göstərilən 6 üzvü bu dəfə də iclasa gəlməmiş və MSK-nın formalaşması baş tutmamışdı. Yaranmış gərgin vəziyyətdən çıxmaq üçün Komissiyanın qalan üzvləri ölkə Prezidentinə xahişlə müraciət etdilər. Azərbaycan Respublikası Milli Məclisinin sədrinə və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbərinə də belə müraciətlər olundu.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri, 2005
2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər — Milli Məclisə 3-çağırış seçkilər 2005-ci il 6 noyabrda keçirilmişdir. == Tarixçə == Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq, 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar özünün qərarları ilə 2005-ci ildə: Demokratik Azərbaycan Dünyası Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Azərbaycan Respublikaçılar Partiyası tərəfindən 21 iyulda yaradılmış "İslahat" ; Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Demokrat Partiyası tərəfindən 21 iyulda yaradılmış "Azadlıq"; Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası və Azərbaycan Milli Hərəkat Partiyası tərəfindən 21 iyulda yaradılmış "Yeni Siyasət-yeS"; Vəhdət və Birlik partiyaları tərəfindən 24 iyulda yaradılmış "Azərbaycançı Qüvvələr"; Ədalət Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən 24 iyulda yaradılmış "Demokratik Azərbaycan"; Azərbaycan Xalq Demokratik Partiyası və Vahid Azərbaycan Partiyası tərəfindən 24 iyulda yaradılmış "Azərbaycan Naminə Seçki Bloku"; Qorqud Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası tərəfindən 27 iyulda yaradılmış "Azərbaycan Tərəqqi Alyansı"; Azərbaycan Mübarizlər Partiyası və Azərbaycan Milli Dövlətçilik Partiyası tərəfindən 15 avqustda yaradılmış "Birlik" siyasi partiyalar bloklarını qeydə aldı. == Seçkilər == Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq 2005-ci il sentyabrın 7-dən etibarən ölkədə seçkiqabağı təşviqat başlanmış və seçkilərə 24 saat qalmış, yəni noyabrın 5-i saat 8.00-a kimi davam etdirilmişdir. MSK-nın iclasında ödənişsiz efir vaxtının adları çəkilən seçki subyektləri arasında bölgüsü məqsədilə püşkatma keçirildi və seçkiqabağı təşviqat dövründə onlara ayrılan ödənişsiz efir vaxtı bölgüsünün nəticələrini əks etdirən cədvəllər təsdiq olundu. Seçki günündə – 2005-ci il noyabrın 6-da ölkənin 125 seçki dairəsində səsvermə keçirildi. Dairə seçki komissiyalarının qərarları ilə 37 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmışdı. Əvvəlkilərdən fərqli olaraq Azərbaycan Respublikası Milli Məclisinin deputatları yalnız majoritar seçki sistemi üzrə seçilirdi. İlk dəfə idi ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi üzrə yaradılmış 122 saylı Xankəndi seçki dairəsində də səsvermə təşkil olunmuşdu. 2005-ci il noyabrın 23-də Mərkəzi Seçki Komissiyası noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında MSK-nın protokolunu, eləcə də dairə seçki komissiyalarının protokollarını onlara əlavə edilən sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etdi. Məcəllənin tələblərinə cavab vermədiyindən 6 dairə seçki komissiyasının protokolları təsdiq edilmədi.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri, 2010
Azərbaycanda parlament seçkiləri (2010) — 7 noyabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Milli Məclisinin IV çağırışı üçün keçirilmiş parlament seçkilər. Seçkilərdə 33 siyasi partiya və 5 seçki bloku iştirak etmişdir. Seçkilər 125 tək mandatlı seçki dairə üzrə keçirilmişdir. Hər seçki dairəsi üzrə ən çox səs almış şəxs deputat seçilmişdir. Bu səbəbdən seçkiləri səs sayına görə 2-ci sırada bitirmiş Müsavat Partiyası (2.01%) mandat qazana bilməmişdir. Eyni zamanda Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının daxil olduğu Demokratiya Seçki Bloku 3,27% səs alaraq 4 mandat, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasından ibarət AXCP-Müsavat Seçki Bloku isə 3,14% səs alaraq 0 mandat qazanmışdır. == Seçkilər == Milli Məclisin 4-cü çağırışının seçkiləri 7 noyabr tarixində keçirildi. Seçkilərdən əvvəl Milli Məclisin 3-cü çağırışının 25 deputatı yeni seçkilərdə iştirak etməyəcəklərini bildirmişdilər. Seçkilər xarici nəzarətçilər tərəfindən nəzarət edilirdi. Seçkilərin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyası səsvermədə üstünlük qazanaraq 125 mandatdan 72-sini qazandı.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri, 2015
Azərbaycan Respublikasının Milli Məclisinə V çağırış seçkiləri — 1 noyabr 2015-ci ildə Azərbaycanın 125 Seçki dairəsi üzrə keçirilmiş parlament seçkiləridir. Seçkidə seçicilərin 55,7%-i (2,897,188 nəfər) iştirak edib. Seçkilərin nəticələrinə əsasən İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası əksər seçki dairələrində qalib gələrək seçkilərdə qələbə qazandı . == Sonuncu seçkilər == 2010-cu ildə Milli Məclisə keçirilmiş son seçkilərdə Yeni Azərbaycan Partiyası 72 dairədə daha çox səs toplayaraq qalib gəlmişdir. 41 dairədə bitərəf namizədlər, 12 seçki dairəsində isə digər partiya nümayəndələri qalib olmuşdur. 2013-cü il prezident seçkilərində İlham Əliyev qələbə qazanmışdır. == Seçki Öncəsi == Azərbaycan Xalq Partiyası, Azadlıq Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Aydınlar Partiyası, Azad Demokratlar Partiyası, Böyük Azərbaycan Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən Azadlıq-2015 Seçki Bloku təsis olundu. == Seçki günü == Saat 08:00-da başlayan seçkilər saat 19:00-da başa çatıb. Seçkilərdə 15 siyasi partiya və daha 7 partiyadan ibarət olan bir seçki bloku iştirak edib. Ümumilikdə 125 mandat üzrə 767 namizəd mübarizə aparıb.
Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu
Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (ing. Entrepreneurship Development Fund of the Republic of Azerbaijan) — sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi və təşviq edilməsi istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond ölkədə sahibkarlığın inkişafına dəstək verməklə qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixracyönümlü və idxalı əvəzedən məhsul istehsalının artırılmasına, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi ilə iqtisadiyyatda özəl sektorun payının daha da artırılmasına xidmət edir. == Tarixi == 12 oktyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 269 nömrəli Fərmanına əsasən "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Əsasnamə"sinin təsdiq edilməsi ilə dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk maliyyə qurumunun əsası qoyuldu.1993-cü ilin fevralından Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin xüsusi struktur bölməsi kimi yaradılan Sahibkarlığa Kömək Milli Fondu fəaliyyətə başlamışdır. 27 avqust 2002-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştli kreditlərin istifadəsində yaranmış problemlərin aradan qaldırılması, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Ümummilli lider Heydər Əliyevin 779 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə"nin və ’’Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları’nın təsdiq edilməsi ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizmi yenidən qurulmuş və bununla da, Fond daha aktiv fəaliyyət fazasına daxil olmuşdur.31 iyul 2018-ci ildə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilmişdir.11 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayı Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb. Fond Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir. == Əsas vəzifələri == Fond Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi ilə müəyyən edilmiş bir sıra vəzifələri həyata keçirir: Fondun vəsaiti hesabına Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirmək; Fonda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitdən səmərəli və təyinatı üzrə istifadəni təmin etmək; Fonda təqdim olunan investisiya layihələrinin ekspertizasını həyata keçirmək; Sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək; Sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahəvi və regional proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Fonda təqdim olunan investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək; Kreditlərdən öz təyinatına uyğun istifadə olunmasına nəzarət etmək məqsədilə monitorinqlərin keçirilməsi qaydasını müəyyən etmək; Sahibkarlıq subyektlərinə zəruri hüquqi, iqtisadi və digər məlumatların toplanmasında və yayılmasında, bazar konyunkturunun öyrənilməsində, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında kömək etmək; İqtisadiyyatın sahələri üzrə beynəlxalq təcrübəni öyrənmək, müvafiq təhlil və araşdırmalar aparmaq; Sahibkarlıq subyektləri üçün zəruri elmi-texniki biliklərin və yeniliklərin təbliğinə kömək etmək; Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək. == Fəaliyyət istiqamətləri == Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi ilə Fondun aşağıdakı fəaliyyət istiqamətləri müəyyən edilmişdir: Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək; Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası vermək; Sahibkarlığın inkişafına dəstək sahəsində proqramların (o cümlədən dövlət proqramlarının) hazırlanmasında, həyata keçirilməsində və maliyyələşdirilməsində iştirak etmək;Müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq; Sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənmək və əldə olunan beynəlxalq təcrübəni sahibkarlara çatdırmaq, maarifləndirmə işləri aparmaq və onlara məsləhət xidmətləri göstərmək. == Dəstək mexanizmləri == Sahibkarlığın inkişafı məqsədilə Fond maliyyələşdirmə, maarifləndirmə və məsləhət xidmətlərini həyata keçirir. Maliyyə dəstəyi mexanizmləri Güzəştli kredit mexanizmi — Fondun güzəştli kredit vəsaiti ölkənin sosial-iqtisadi inkişafı istiqamətləri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin aktları ilə, eləcə də Fondun Müşahidə Şurasının qərarı ilə müəyyən edilmiş prioritet sahələr, xüsusilə qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.
Azərbaycan Respublikasının Milli Məclisinin sədrlərinin siyahısı
Azərbaycan Respublikasının Milli Məclisinin sədrlərinin siyahısı — 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin adı Azərbaycan Respublika Ali Soveti olaraq dəyişdirilmiş, daha sonra isə onların bazasında Azərbaycan Respublikasının Milli Məclisi qurulmuşdur. Bu məqalədə hər 2 quruma rəhbərlik edən sədrləri ehtiva etməkdədir. == Siyahı == == Müvəqqəti sədrlər == Milli Məclisin növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin Sədri seçilənədək birinci iclası aparır. Aşağıdakı siyahıda müvəqqəti sədrlər sıralanmışdır: === Qeydlər === == Yaşayan sabiq sədrlər == Hal-hazırda 4 yaşayan sabiq parlament sədri var. Murtuz Ələsgərov 2012-ci ildə 84 yaşında vəfat edərək son ölən parlament sədri olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Prezidenti — Azərbaycan Respublikasının ali dövlət vəzifəsi. Azərbaycan Prezidenti dövlətin başçısı hesab olunur. Azərbaycan Prezidenti vəzifəyə seçki yolu ilə təyin olunur. Azərbaycan vətəndaşları seçki yolu ilə bir nəfəri yeddi il müddətinə Azərbaycan Prezidenti vəzifəsinə seçir. 2003-cü il oktyabrın 31-dən Azərbaycan Prezidenti səlahiyyətlərini İlham Əliyev icra edir. O, 2003-cü ildə 75,38 % səs, 2008-ci ildə 88,74 % səs, 2013-cü ildə 84,54 % səs, 2018-ci ildə isə 86,02 % səs topladı və seçkilərdə qalib gəlib. Onun səlahiyyət müddəti 2025-ci il aprelin 17-də başa çatır. 2025-ci ilin aprel ayında Azərbaycanda növbəti Prezident seçkilərinin baş tutması gözlənilir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, eyni şəxs limitsiz sayda prezident vəzifəsində ola bilər. == Seçilmə qaydaları == === Prezidentliyə namizədə aid tələblər === Azərbaycan Konstitusiyasının 101-ci maddəsi Azərbaycanın Prezidentliyinə namizədlərə aid tələblərdən ibarətdir.
Azərbaycan Respublikasının Xəritəsi
Azərbaycan Respublikasının Xəritəsi — Azərbaycan Respublikasının ərazisinin kiçildilmiş təsviri. == Pul üzərində == Azərbaycan manatının 2005-ci ildən tədavülə buraxılan bütün əsginaslarının arxa tərəfində Azərbaycan Respublikasının Xəritəsi təsvir edilmişdir. == Poçt markası üzərində == 2011-ci ilin oktyabr ayının 11-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 1 manat, tirajı isə 5000 ədəd olan həmin markalardan biri Azərbaycan Respublikasının Xəritəsinə həsr olunmuşdur.
Azərbaycan Respublikasının medalları
Azərbaycan Respublikasının dövlət təltiflərinə Azərbaycan Respublikasının dövlət təltifi kimi təsdiq edilmiş orden və medallar, Azərbaycan Respublikasının fəxri adları və bir sıra fərqli mükafatlar daxildir.
Azərbaycan Respublikasının ordenləri
Azərbaycan Respublikasının dövlət təltiflərinə Azərbaycan Respublikasının dövlət təltifi kimi təsdiq edilmiş orden və medallar, Azərbaycan Respublikasının fəxri adları və bir sıra fərqli mükafatlar daxildir.
Azərbaycan Respublikasının şeyxülislamları
Şeyxülislam — Qafqaz bölgəsində şiə müsəlmanlarının dini başçısının, Qafqaz Müsəlmanları Ruhani İdarəsi sədrinin dini rütbəsi və vəzifəsi adlanır. Şeyxülislam rütbəsi (vəzifəsi) Rusiya çarının fərmanı ilə "Qafqaz şiələrinə dini başçılıq etmək üçün" təsis edilmişdir. 50 il ərzində Şeyxülislam təkbaşına fəaliyyət göstərmişdir. Sonra Şeyxülislamın nəzdində və onun sədirliyi ilə Qafqaz Müsəlmanları Ruhani idarəsi yaradılmışdır (1872). Həmin idarə və Şeyxülislam 1920-ci ilədək mövcud olmuşdur. 1944-cü ilin mayında Qafqaz Müsəlmanları Ruhani İdarəsi (şiələr və sünnilərin birgə idarəsi) və onun sədri Şeyxülislam yenidən fəaliyyətə başlamışdır. Şeyxülislamların böyük əksəriyyəti yüksək dini savad sahibləri, çoxlu qiymətli elmi-tarixi və bədii əsərlərin müəllifləri olmuşlar. == Şeyxülislamlar == Struktur yaradıldıqdan bu yana şeyxülislam vəzifəsinə gətirilən şəxslər aşağıdakılardır: Axund Məhəmməd Əli Hüseynzadə (1823–1846); Axund Fazil İrəvani (1847–1872); Axund Əhməd Hüseynzadə (1873–1884); Axund Həsən Tahirzadə (1885–1894); Axund Əbdüssəlam Axundzadə (1895–1907); Məhəmməd Mövlazadə (1908–1908) Axund Məhəmməd Pişnamazzadə (1909–1918); Axund Ağa Əlizadə (1918–1920); 1920–1944-cü illərdə bu vəzifə boş qalmışdır; Axund Ağa Əlizadə (1944–1952); Axund Mövsüm Həkimzadə (1952–1956); 1966–1967-ci illərdə bu vəzifə boş qalmışdır; Axund Əliağa Süleymanzadə (1968–1976); 1976–1977-ci illərdə bu vəzifə boş qalmışdır; Axund Mirzəqəzənfər İbrahimov (1978–1980); Hacı Allahşükür Paşazadə (1980 — bu günədək).Qeyd. 2003-cü ildən bu yana bu titul Hacı Allahşükür Paşazadəyə ömürlük verilmişdir.
а́исты зава́лка маскулиниза́ция наводи́ть перестро́ечный сигаре́та эшело́н ко́нка нетакти́чный развозно́й раздоса́дованный самовыключе́ние сбега́ться старпо́м backscatter balance-step besetting empanel fortifier nosographical Tel Aviv undersigned гуталин назревать обзорный